23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya Müdafiə Nazirliyindən Şuşa ilə bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyindən Şuşa ilə bağlı açıqlama

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək vəzifələrini davam etdirirlər".

GununNebzi.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Ötən gün ərzində 30-dan çox yük maşını Şuşa şəhərində infrastrukturun bərpası üçün tikinti materialları, habelə ərzaq və müxtəlif mallar çatdırıldı. Təmas xətti boyunca keçən bütün marşrut boyunca Rusiya hərbi polisi mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edir.

Mülki nəqliyyat və humanitar yüklərin müşayiət olunması tapşırıqlarını yerinə yetirməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsində və Laçın dəhlizində patrul xidmətində iştirak edir", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərilən bəndlərə uyğun olaraq Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsə nəzarət etmək üçün yerləşdirilib.(Modern.az)



Tarix: 10-06-2021, 08:51 Oxunub: 198


Bölməyə aid digər xəbərlər