23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Bu, Avropa İttifaqının regionda apardığı işin mesajıdır”

“Bu, Avropa İttifaqının regionda apardığı işin mesajıdır”

İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır”.

GununNebzi.az
xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ş.Mişel bildirib ki, onlar üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir:

“Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir.

Siz haqlı qeyd etdiniz ki, çox sayda Şərq Tərəfdaşlığı ölkələrinə səfərim bir işarədir. Bu, Avropa İttifaqının bu regionda apardığı işinin işarəsidir, mesajıdır.

Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir”.

Tarix: 18-07-2021, 21:09 Oxunub: 132


Bölməyə aid digər xəbərlər