23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramovla Lavrov telefonla danışdı

Ceyhun Bayramovla Lavrov telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.

Tərəflər, eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix: 9-08-2021, 14:31 Oxunub: 271


Bölməyə aid digər xəbərlər