13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Prezident Türkiyədən alınan PUA-lardan danışdı
“İkinci Qarabağ savaşının ilk saatlarında əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar”.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.
“Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Heç bir izahat, məntiqə əsaslanan hər hansı bir söz onların mövqeyinə təsir etmirdi.
Onlar real həqiqəti görmək istəmirdilər və bizi ittiham edirdilər, sanki biz işğalçıyıq. Mən isə deyirdim ki, biz öz torpağımızda savaş aparırıq. BMT Nizamnaməsi bu hüququ bizə verir. Hər bir ölkə özünü müdafiə edə bilər və bu hüquq Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilib. Ancaq buna baxmayaraq, bizə qarşı çox çirkin şər-böhtan kampaniyası aparılırdı.
Biz bilirik bunun arxasında kimlər dayanır. Ona görə Türkiyənin Cümhurbaşqanının və digər yüksək vəzifəli şəxslərin – müdafiə, xarici işlər nazirlərinin, parlament sədrinin açıqlamaları, əlbəttə, bir çoxlarını çəkindirdi.
Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu. Çünki əgər bu silahlar bizdə olmasaydı, əlbəttə, bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu, şübhəsiz.
Ancaq biz Türkiyədən təkcə silahlı PUA-lar deyil, başqa silahlar da almışdıq - “qasırğa”lar, hərbi maşınlar, “kobra”lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq”, - dövlət başçısı qeyd edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-08-2021, 22:31 Oxunub: 170
Bölməyə aid digər xəbərlər
16-10-2020, 21:48
İlham Əliyev: “Ərdoğan dünya lideridir”
31-10-2020, 13:09
Ali Baş Komandan: "Onlar buna layiq idilər"
14-08-2021, 22:33
“Türkiyə amili olmasaydı, ermənilərin hamiləri burunlarını soxacaqdılar”