21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırması üçün şərtini açıqladı

Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırması üçün şərtini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması şərtini açıqlayıb.

GununNebzi.az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bosniya və Herseqovina səfərindən dönən dövlət başçısı şəxsi təyyarəsində jurnalistlərlə söhbətləşib.

Ankara ilə Yerevan arasında olan münasibətlərdən söz açan Ərdoğan bildirib ki, birtərəfli ittihamların yerini realist yanaşmalar tutmalıdır.

“Əgər Yerevan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşdırılması üzərində işə başlaya bilər”, - dövlət başçısı vurğulayıb.

Tarix: 29-08-2021, 16:14 Oxunub: 143


Bölməyə aid digər xəbərlər