23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ombudsman Milli Məclis qarşısında çıxış edib - FOTOLAR

Ombudsman Milli Məclis qarşısında çıxış edib - FOTOLAROmbudsman 2019-cu il üzrə məruzə ilə Milli Məclis qarşısında çıxış edib.

gununnebzi.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2019-cu il üzrə məruzəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim edib və aprelin 24-də həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edib.

İnsan Hüquqları üzrə Müvəkkil öz çıxışında ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində vəziyyəti geniş təhlil edib, koronavirus epidemiyasına qarşı mübarizədə hökumətin həyata keçirdiyi tədbirləri dəyərləndirib, eyni zamanda insan hüquqlarının daha etibarlı müdafiəsi və səmərəli təmin edilməsinə yönələn təklif və tövsiyələr verib.

Ombudsman Səbinə Əliyevə Milli Məclisdəki çıxışından əvvəl Fəxri xiyabanda Ombudsman təsisatının yaradılması və inkişafında böyük rolu olan, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə güllər düzülüb.

Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən igid Vətən övladlarının xatirəsinə də ehtiram göstərən İnsan Hüquqları üzrə Müvəkkil şəhid məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstəsi qoyub.

Məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Ombudsmanın 2019-cu il üzrə məruzəsi dərc edilərək geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarına təqdim edilib.
Ombudsman Milli Məclis qarşısında çıxış edib - FOTOLAR
Ombudsman Milli Məclis qarşısında çıxış edib - FOTOLAR
Ombudsman Milli Məclis qarşısında çıxış edib - FOTOLAR
Ombudsman Milli Məclis qarşısında çıxış edib - FOTOLAR


Tarix: 24-04-2020, 20:08 Oxunub: 187


Bölməyə aid digər xəbərlər