gununnebzi.az Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Xarici İşlər naziri Elmar Məmmədyarovu tənqid edən deputatlara irad bildirib.
H.Hüseynova deyib ki, xarici işlər naziri özbaşına çıxış etmir.
“Xarici işlər naziri dövlətin mövqeyini ortaya qoyur. Mədəniyyətimizi gözləməliyik”, - deyə deputat əlavə edib.
H.Hüseynovanın sözlərinə görə, bəzi deputatlar özlərini elə göstərirlər ki, guya Qarabağ dərdinə ancaq bunların ürəyi yanır. (H.Hüseynova deputat Tahir Kərimlini nəzərdə tutur - red).
Deputat Fəzail Ağamalı isə həmkarına cavab verib. O bildirib:
“Azərbaycanın xarici işlər naziri dişsiz, qorxaq bəyanatlar verir. Onu tənqid edənlərdən biri də mənəm. Bu, mənim vətəndaşlıq mövqeyimdir. Həmkarlarımdan xahişim budur ki, fikirlərimizə hörmət edilsin”.
Tahir Kərimli isə H.Hüseynovaya cavab olaraq bildirib ki, heç kim ona deputat olmağın qaydalarını öyrədə bilməz.
Bölməyə aid digər xəbərlər