23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Təranə Məmmədova vəfat etdi

Təranə Məmmədova vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Trend-ə T.Məmmədovanın yaxınları məlumat verib.

Məlumata görə, T. Məmmədova bir müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. Mərhum polkovnik-leytenant bu gün səhər saatlarında dünyasını dəyişib. O Yasamal qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu iş yeri Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri olub. 2013-cü ildə o səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.

Tarix: 18-11-2021, 17:51 Oxunub: 171


Bölməyə aid digər xəbərlər