23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyə Azərbaycana başsağlığı verdi

Türkiyə Azərbaycana başsağlığı verdi

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

GununNebzi.az
xəbər verir ki, nazirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi xəbəri bizi kədərləndirdi. Bu faciəli hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr diləyirik”.

***

Türkiyənin Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib.

Türkiyə XİN-in rəsmi saytında paylaşılan məlumatda deyilir: “Azərbaycanın Xızı rayonundakı Qaraheybət poliqonunda təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması, qəzada şəhidlərin və yaralananların olduğu xəbəri bizi kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

***

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da rəsmi tviter hesabında Azərbaycan xalqına başsağlığı verib:

“Qardaş Azərbaycanda hərbi təlimdə helikopter qəzası nəticəsində şəhid və yaralıların olması bizi dərindən kədərləndirdi. Hərbi təlim zamanı dünyasını dəyişənlərin ailələrinə, silahdaşlarına və qardaş Azərbaycan xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Tarix: 30-11-2021, 14:44 Oxunub: 91


Bölməyə aid digər xəbərlər