Rusiya Federasiyasının Həştərxan vilayətində ulu öndər Heydər Əliyevin xatirəsi anılaraq yad edilib.
GununNebzi.az-ın məlumatına görə, Həştərxan Vilayəti Hökümətinin sədri A.Şarıkin, Həştərxan şəhəri Administrasiyasının rəhbəri M.Permyakova, İqtisadiyyat, təbii sərvətlər və nəqliyyat naziri D.Afanasev, Xarici Əlaqələr Agentliyinin rəhbəri V.Qalovkov, Azərbaycan Diasporasının rəhbərliyi və fəal üzvləri, Azərbaycan İş Mərkəzinin kollektivi, AMOR Həştərxan bölməsinin üzvləri Ulu Öndərin anadan olmasının 97-cı ildönümü münasibətilə abidənin önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad ediblər.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan danışılıb.
Qeyd edək ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında sıx işgüzar və dostluq əlaqələri mövcuddur. Belə ki, sosial və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir çox layihələr həyata keçirilmişdir. Onu da qeyd edək ki, hal-hazırda Bakının Nərimanov rayonunda iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün Həştərxan İş Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir və yaxın zamanlarda fəaliyyətə başlaması gözlənilir.
"Qafqazinfo"
Bölməyə aid digər xəbərlər