21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Belarusun XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Belarusun XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.

GununNebzi.az
xəbər verir ki, tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tarix: 17-12-2021, 11:58 Oxunub: 133


Bölməyə aid digər xəbərlər