09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək

Vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək

Milli Məclisin bu gün keçirilən iclasında “Pasportlar haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

GununNebzi.az
xəbər verir ki, layihəyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Həmçinin xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Layihə səsverməyə çıxarılaraq, bir oxunuşda qəbul edilib.

Tarix: 20-12-2021, 13:32 Oxunub: 201


Bölməyə aid digər xəbərlər