23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Pensiya və bəzi rüsumlarla bağlı qanunlar təsdiqləndi

Pensiya və bəzi rüsumlarla bağlı qanunlar təsdiqləndi

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklər edilməsi barədə Qanunu təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı Fərman imzalayıb.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev, həmçinin “Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 416-VIQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında” 2017-ci il 31 iyul tarixli 1566 nömrəli, “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli 141 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Tarix: 29-12-2021, 17:36 Oxunub: 202


Bölməyə aid digər xəbərlər