23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin nümayəndəsinin Bakı şəhərinin RİHB müavinləri ilə görüşü keçirilib

PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin nümayəndəsinin Bakı şəhərinin RİHB müavinləri ilə görüşü keçirilib

Ölkədə fəaliyyət göstərən siyasi partiyalarla işin aparılması, siyasi partiyaların rəhbərləri ilə qarşılıqlı əlaqələrin təmin edilməsi, habelə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə dövlət orqanları (qurumları) tərəfindən riayət edilməsinə nəzarət, siyasi işin təşkilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına kömək edilməsi, tövsiyələrin verilməsi və bu sahədə onların fəaliyyətinin əlaqələndirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında siyasi işin təşkilinə məsul olan əməkdaşlar üçün seminarların, təlimlərin, müşavirələrin və digər tədbirlərin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əsas vəzifələrindəndir.

Göstərilən vəzifələrin yerinə yetirilməsi çərçivəsində yerli icra orqanlarında siyasi işin təşkil edilməsi və bununla bağlı müzakirələrin aparılması məqsədilə qeyd olunan şöbənin nümayəndəsinin 12.05.2020-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərinin rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri ilə görüş keçirilmişdir.

Görüşdə yerlərdə siyasi işin təşkili, ölkə miqyasında mühüm hadisələrin əhalinin nəzərinə çatdırılması, karantin rejimi çərçivəsində müvafiq məhdudiyyətlər nəzərə alınmaqla ictimai müzakirələrin təşkili, azərbaycançılıq ideologiyasının təbliği, həmçinin vətəndaşların problemlərinin çevik həll olunması məqsədi ilə KİV və sosial şəbəkələri izləyərək problemi olan şəxslərin müəyyən edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin aparılması, habelə Milli Məclis deputatlarının yerlərdə vətəndaş qəbullarının keçirilməsinin təşkili və bundan irəli gələn məsələlərin həlli istiqamətində görülməli işlər, təşkilatı və digər məsələlər müzakirə olunmuşdur.

aia.az


Tarix: 13-05-2020, 12:56 Oxunub: 110


Bölməyə aid digər xəbərlər