23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sevinc Fətəliyeva: ABŞ-la Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir

Sevinc Fətəliyeva: ABŞ-la Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir“Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Azərbaycan Prezidentinin ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri bir çox ictimai-siyasi xadimləri tərəfindən rəğbətlə qarşılanmış, müstəqil dövlətimiz haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşdırmışdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

GununNebzi.az bu barədə S.Fətəliyeva bildirib ki, hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Bunun barzi nümunəsi və təsdiqi ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktubunda yer alan fikirləridir.

“Məktubda qırmızı xətlə Azərbaycanın suverenliyi və müstəqilliyinin birmənalı olaraq dəstəkləməsi qeyd olunub. Eyni zamanda ABŞ-la Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu ifadə edilib. Bu əməkdaşlıq özündə müxtəlif sahələri əhatə edir. Qeyd edilməlidir ki, bugünədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub. Azərbaycanda enerji, kənd təsərrüfatı və sair sahələrdə 200-dən çox ABŞ -ın şirkəti fəaliyyət göstərir. ABŞ daimi olaraq ölkəmiz tərəfindən həyata keçirilən infrastruktur lahiyələrinin reallaşmasını dəstəkləyir. Terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırıb. Eyni zamanda Azərbaycan üçün stateji xarakter daşıyan ,Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən, "Cənub Qaz Dəhlizi"ni reallaşmasında ABŞ-ın əvəzsiz dəstəyini də vurğulamalıyıq. Bu gün dünyanın diqqət mərkəzinə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi də Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır”-deyə, deputat qeyd edib.

"yap.az"


Tarix: 16-05-2020, 16:38 Oxunub: 99


Bölməyə aid digər xəbərlər