23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Hökumətin heç bir devalvasiya planı yoxdur”

“Hökumətin heç bir devalvasiya planı yoxdur”

“Birmənalı olaraq demək istəyirəm ki, hökumətin və Mərkəzi Bankın heç bir devalvasiya planı yoxdur”.

GununNebzi.az
xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, yayılan məlumatlar tsiklik şayiələrdən başqa bir şey deyil: “Bu şayiələr bir neçə ayda sonra səngiyib keçir. Hökumətin və Mərkəzi Bankın belə bir planı yoxdur. Milli valyutanın məzənnəsi sabitdir. Başlıca fokusumuz inflasiyadır və qiymətlərin bərpa olunaraq 4 faiz səviyyəsinə qaytarılmasıdır”.

E. Rüstəmov əlavə edib ki, FED-in uçot dərəcəsi ilə bağlı qərarı bütövlükdə dünya maliyyə bazarlarında problemlər yarada bilər: “O bazarlarda olduqca böyük maliyyə axınları olub. FED-in faiz dərəcəsi ilə bağlı qərarı vəsaitlərin geri axını baş verə bilər. Azərbaycanda isə belə xarakterli axınlar yoxdur. Beləliklə, FED-in qərarının bizə elə də təsiri olmayacaq”.

Tarix: 28-01-2022, 15:50 Oxunub: 110


Bölməyə aid digər xəbərlər