23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tarix: 26-02-2022, 16:09 Oxunub: 34


Bölməyə aid digər xəbərlər