23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edibXorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

GununNebzi.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Bu il bizim dövlətlərimiz üçün çox mühüm ildir. Belə ki, bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25-ci ildönümünü qeyd edirik. Əminəm ki, səmimi münasibətlərimiz və əməkdaşlığımız gələcəkdə də ölkələrimiz arasında qarşılıqlı anlaşmanı və dostluq əlaqələrini gücləndirməkdə davam edəcək.

Hazırkı çətin vaxtda dünya dövlətləri COVID-19 pandemiyası ilə mübarizə aparır və təəssüf ki, bu virus ölkələrimizin heç birindən yan keçmədi.

Mən Sizə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram. Əminəm ki, biz birlikdə virusun yayılmasının qarşısını uğurla alacağıq və ən qısa zamanda vətəndaşlarımızın gündəlik həyatlarına qayıtmasını təmin edəcəyik.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".


Tarix: 27-05-2020, 19:49 Oxunub: 165


Bölməyə aid digər xəbərlər