16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
Əbdülfəttah əs-Sisi İlham Əliyevə məktub göndərdi, Prezident cavab verdi
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə məktub ünvanlayıb.
GununNebzi.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident, Sizə ən səmimi salamlarımı çatdırıram.
Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü münasibətilə Misir Ərəb Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasında ikitərəfli münasibətlər həmişə konstruktiv əməkdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnib, eyni zamanda, Misir və Azərbaycan dövlətlərinin və xalqlarının ümumi maraqlarına nail olmaq üçün ciddi iş aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq mühüm nailiyyətlərin əldə edilməsində həmişə səmərəli və uğurlu olub, indi də davam edir.
Misirin və Azərbaycanın, eləcə də onların dost xalqlarının mənafeləri naminə qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, tikinti, əczaçılıq sənayesi və mədənçıxarma sahələrində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün birgə işləmək bizim üçün çox vacibdir.
Zati-aliləri cənab Prezident, dost ölkənizə və xalqınıza sabitlik, tərəqqi arzu edir, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.
İlham Əliyev də Əbdülfəttah əs-Sisiyə cavab məktubu ünvanlayıb.
“Hörmətli cənab Prezident,
Azərbaycanla Misir Ərəb Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə mənə ünvanladığınız məktuba görə təşəkkür edirəm. Mən də Sizi və dost xalqınızı bu əlamətdar hadisə ilə şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox əhəmiyyətlidir.
Ötən illər ərzində Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcək.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-03-2022, 20:15 Oxunub: 137
Bölməyə aid digər xəbərlər
19-05-2020, 17:38
Misir prezidenti İlham Əliyevi təbrik etdi
25-05-2021, 17:02
Misir Prezidenti Azərbaycan liderini təbrik etdi
26-05-2021, 13:01
Hindistan Prezidentindən İlham Əliyevə təbrik məktubu
26-05-2021, 14:37
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
15-05-2020, 16:02
II Elizabet İlham Əliyevə məktub göndərdi