23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

GununNebzi.az
xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, xalqınıza tərəqqi və rifah arzulayıram.

Əminəm ki, hamılıqla pandemiyanın və onun nəticələrinin aradan qaldırılması üçün mübarizə apardığımız bu çətin vaxtda dost və müttəfiq ölkələrimiz münasibətlərimizin təşviqi üzərində işləyəcək və yeni əməkdaşlıq formaları tapacaq. Xüsusilə hər iki ölkənin enerji və infrastruktur sahələrindəki iqtisadi potensialı daha səmərəli və daha əhəmiyyətli əməkdaşlıq üçün stimul ola bilər.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Həmçinin İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında yaxşı və etibarlı münasibətlər formalaşıb ki, bu da bizə böyük qlobal çağırışlara qarşı birgə mübarizə aparmaqda kömək edir. İcazə verin, İsveçrənin ölkələrimiz arasındakı mehriban və məhsuldar əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə və daha da gücləndirilməsinə sadiqliyini bir daha bildirim.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bundan əlavə, Kambocanın Kralı Norodom Sihamoni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, ölkənizə sabitlik, davamlı iqtisadi və sosial inkişaf arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək.

Sizə ən yüksək ehtiramımı bildirirəm".

Tarix: 26-05-2021, 14:37 Oxunub: 118


Bölməyə aid digər xəbərlər