23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyandan mühüm Qarabağ AÇIQLAMASI: "Koçaryan və Sarqsyan bunu etiraf etmişdi"

Paşinyandan mühüm Qarabağ AÇIQLAMASI: "Koçaryan və Sarqsyan bunu etiraf etmişdi"

“Danışıqlar prosesinin bütün tarixi boyu Robert Koçaryan və Serj Sarqsyan (Ermənistanın keçmiş prezidentləri-red.) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”.

GununNebzi.az
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib.

O, sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in o vaxtkı Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib.

Baş nazirin sözlərinə görə, həmin sənəddə Qarabağ sakinlərinin pasportunda Azərbaycan vətəndaşlıqlarına dair xüsusi qeyd olacağı da öz əksini tapmışdı.(report)

Tarix: 15-06-2022, 21:07 Oxunub: 43


Bölməyə aid digər xəbərlər