23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya XİN ikitərəfli komissiyanın görüşü ilə bağlı məlumat YAYDI

Rusiya XİN ikitərəfli komissiyanın görüşü ilə bağlı məlumat YAYDI

Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçirilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

Bildirilib ki, görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

“Görüşdən əvvəl Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiya yaradılıb. Eləcə də bu il mayın 24-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşü keçirilib.

Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazır olduğunu bildirib. Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, - deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.

Tarix: 30-08-2022, 19:58 Oxunub: 22


Bölməyə aid digər xəbərlər