23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq - RƏSMİ

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq - RƏSMİGoranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

GununNebzi.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir.


Tarix: 8-07-2020, 19:25 Oxunub: 109


Bölməyə aid digər xəbərlər