15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Bu, Azərbaycanın siyasi sistemində bir ilkdir”

“Bu, Azərbaycanın siyasi sistemində bir ilkdir”

“Siyasi partiyalar haqqında” qanun kollektiv düşüncənin məhsuludur və onun konkret bir müəllifi yoxdur”.

GununNebzi.az
xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı Ana Vətən partiyasının sədri Fəzail Ağamalı bildirib.

“Siyasi partiyalar olaraq biz “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etdik və Sahibə xanım müsbət cavab verdi və bizim təkliflər verməyimizi bildirdi. Biz də yeni çağırışları nəzərə alaraq öz təkliflərimizi vermişik. Bu layihə kollektiv düşüncənin nəticəsidir”, - deyə Fəzail Ağamalı bildirib.

O qeyd edib ki, 1992-ci illərlə müqayisədə siyasi partiyaların siyasi səhnədə aktivliyi artıb ki, hazırda qüvvədə olan qanunvericilik buna adekvat cavab vermir:

“Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, bu formatda qanun layihəsini müzakirə edir. Düşünürəm ki, bu, Azərbaycanın siyasi sistemində bir ilkdir. Hər bir qanun layihəsini zəruri edən amillər və şərtlər var. 90-cı illərdən fərqli olaraq Azərbaycanda siyasi partiyaların fəallığı kifayət qədər artıb və bu fəallıq mövcud qanuna uyğun deyildi”.

(Qafqazinfo)

Tarix: 24-10-2022, 11:38 Oxunub: 29


Bölməyə aid digər xəbərlər