23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qənirə Paşayeva: "İtki verən düşmən geri oturdulub"

Qənirə Paşayeva: "İtki verən düşmən geri oturdulub""Cəbhədə baş vermiş hadisə düşmən təxribatı ilə başlayıb, atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulub və hərbçilərimiz bu təxribata layiqli cavab verərək, düşməni geri oturdub".

GununNebzi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Tovuzdan olan deputatı Qənirə Paşayeva deyib.

O bildirib ki, rəsmi məlumata görə, bizim iki əsgərimiz şəhid olub, beş yaralımız var:
"Şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğmalarına, döyüş yoldaşlarına, ordu mənsublarımıza və bütövlükdə xalqımıza baş sağlığı verir, yaralılarımıza acil şəfalar diləyirəm!"

Deputat rayon rəhbərliyi ilə əlaqə saxladığını da qeyd edib:

"Hadisə baş verdiyi andan, rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmləri, digər əlaqədar qurum və quruluşlarla, yerli sakinlərimizlə daimi əlaqədəyik və bir daha vurğulayım ki, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Əlbəttə, həmişə olduğu kimi, düşmən, informasiya cəbhəsində də təxribatlarla məşğuldur. Sizlərin hər birini tam məsuliyyətlə əmin etmək istərdim ki, düşmənə ağır zərbə vurulub və yəqin ki, aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər. İtki verən düşmən geri oturdulub.

Hazırkı dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır. Nəzərə alsaq ki indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz tərcümeyi-halına, xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırırıq. İkili standartlara son qoysunlar! Bir daha, şəhidlərimizə Tanrıdan rəhmət, yaralı hərbçilərimizə şəfalar dilərkən, əhalimizi şayiələrə uymamağa, yalnız rəsmi qurumlarımızın verdiyi məlumatlara etibar etməyə çağırıram. Tovuzda insanlarımız ordumuzun yanındadır. Dualarımız hər an onlarladır. Sabah səhər karantin qaydalarına əməl etməklə insanlarımızla görüşəcəyik, şəhidlərimizin ailəsinə başsağlığı verib qəhrəman evladlar böyütdüyünüz üçün qarşınızda baş əyirik deyəcəyik. Nur içində yatsınlar. Şəhidlər ölmürlər. Onları hər zaman sevgi və rəhmətlə anacağıq. Yaralılarımız üçün dualarınızı əksik etməyin. Allah onları qorusun".


Tarix: 13-07-2020, 00:12 Oxunub: 72


Bölməyə aid digər xəbərlər