23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladıBaş Nazir Əli Əsədov Nazirlər Kabinetinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

GununNebzi.az xəbər verir ki, dəyişikliklə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adındakı “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilib.

Vestel
Eyni zamanda qərarın II hissəsi yeni redaksiyada verilib.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir”, - qərarda bildirilib.


Tarix: 18-07-2020, 17:29 Oxunub: 125


Bölməyə aid digər xəbərlər