23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezident Anlaşma Memorandumunu təsdiqlədi

Prezident Anlaşma Memorandumunu təsdiqlədi

2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

GununNebzi.az
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndərəcək.

Tarix: 1-02-2023, 19:46 Oxunub: 22


Bölməyə aid digər xəbərlər
23-06-2022, 16:19 Prezident 4 fərman imzaladı
16-09-2021, 14:58 Prezident fərman imzaladı