Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib.

GununNebzi.az
xəbər verir ki, Mehriban Əliyeva bu barədə öz instaqram hesabında yazıb:

“Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram.

Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

Tarix: 6-02-2023, 12:27 Oxunub: 13


Bölməyə aid digər xəbərlər