23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Ermənilər bizimlə mübarizədə bütün sahələrdə məğlub olublar...”

“Ermənilər bizimlə mübarizədə bütün sahələrdə məğlub olublar...”“Mən soydaşlarımıza tövsiyə edirəm ki, təxribata getməsinlər, ehtiyatlı olsunlar, çünki erməni lobbisi bütün ölkələrdə fəallaşıb”
Bunu açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Xanəndə soydaşlarımızın özünü qorumasının vacibliyini vurğulayıb:
“Əlbəttə, bu erməni xislətidir, onlar həmişə toplaşıb bizlərə qarşı hücumlar təşkil ediblər. Dara düşəndə isə yaltaqlanmağa başlayıblar. Mən soydaşlarımıza tövsiyə edirəm ki, təxribata getməsinlər, ehtiyatlı olsunlar, çünki erməni lobbisi bütün ölkələrdə fəallaşıb. Bizim əsas döyüşümüz Qarabağdadır. Amma bununla yanaşı, qanun çərçivəsində də haqq səsimizi dünyaya çatdırmalıyıq. Ona görə də soydaşlarımız mümkün qədər özlərini qorusalar, yaxşı olar. Ermənilər istəyir ki, bizi təxribata çəksinlər və günahı da boynumuza yıxsınlar. Bu tarix boyu belə olub. Ermənilər bizimlə mübarizədə bütün sahələrdə məğlub olublar. Tovuz döyüşlərindən sonra haqq səsimizi dünyaya çatdırmaq üçün soydaşlarımızın ayağa qalxması erməniləri çıxılmaz vəziyyətə saldı. Çünki onlar bunu gözləmirdilər. Onlar məğlub olduqlarına görə təxribata əl atmağa başladılar. Heç bir soydaşımızın zərər görməsini istəmirəm”. (modern)


Tarix: 3-08-2020, 18:34 Oxunub: 85


Bölməyə aid digər xəbərlər