23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baş Prokurorluğun Konstitusiya Məhkəməsinə verdiyi sorğuların sayı açıqlandı

Baş Prokurorluğun Konstitusiya Məhkəməsinə verdiyi sorğuların sayı açıqlandı

2020-ci ildən etibarən Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə verilən sorğuların sayı açıqlanıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Baş prokurorun müavini Heydər Məmmədov Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda deyib.

O bildirib ki, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 2020-ci ildən etibarən 18 sorğunun, habelə Konstitusiya Məhkəməsinin müraciəti üzrə 25 rəyin verilməsi təmin edilməklə Konstitusiya məhkəmə icraatında iştirak edilib.

Qeyd edilib ki, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğulardan 13-ü cinayət və cinayət-prosessual qanunvericiliyi, 1-i məhkəmələr haqqında, 1-i yol hərəkəti və inzibati xətalar üzrə, 1-i icbari sığorta üzrə, 1-i mülki prosessual, 1-i isə əmək qanunvericiliyi ilə əlaqədar olub.

Sorğulardan 14-ü üzrə Konstitusiya Məhkəməsinin Plenumunun qərarları dərc edilməklə qüvvəyə mindiyini vurğulayan Heydər Məmmədov qeyd edib ki, sorğulardan 1-i üzrə Plenumun qərardadına əsasən göstərilən hüquqi mövqelər nəzərə alınmaqla sorğu üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilib, 3-i hazırda icraatdadır, sonuncusu 25 iyun tarixdə göndərilib.

O da vurğulanıb ki, verilmiş sorğular üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən verilmiş 14 qərardan 3-ü üzrə qaldırılan məsələlərin tənzimlənməsi və qanunvericiliyə dəyişikliklər edilməsi üçün Milli Məclisə tövsiyələr, qalan qərarlar üzrə isə müvafiq şərhlər verilib.

Tarix: 4-07-2023, 12:25 Oxunub: 9


Bölməyə aid digər xəbərlər