09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri iddiaları ifşa etməklə bağlı bəyanat yayıb.

GununNebzi.az
xəbər verir ki, bəyanatda qeyd olunub ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla qovmuş və mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımız təhqir edərək və dağıdaraq, vətənimizdə varlığımızın izlərini silməyə çalışır:


“Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam hörmətsizlik nümayiş etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən imtina edir”.

“Ermənistanın bizim geri qayıtmaq hüququmuza məhəl qoymaması, bu prosesə yardım etmək və Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün beynəlxalq missiyaları qəbul etməkdən imtina etməsi hamılıqla pislənməlidir.

Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə biz dinc dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Biz dünya ictimaiyyətini etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Tarix: 22-07-2023, 17:03 Oxunub: 12


Bölməyə aid digər xəbərlər