00:41 / 10-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı
19:26 / 09-01-2025
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən kənarlaşdırıldı
19:24 / 09-01-2025
Xəzərdə narkopriton təşkil edən 12 nəfər saxlanıldı - FOTO
19:20 / 09-01-2025
“Bu, Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz” - Ayxan Hacızadə
17:49 / 09-01-2025
Bakının məşhur bazarı bu əraziyə köçürülür - VİDEO
17:47 / 09-01-2025
Azərbaycanda regional təhsil idarəsində KÜTLƏVİ İXTİSAR
17:43 / 09-01-2025
İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi
15:46 / 09-01-2025
Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edildi
15:43 / 09-01-2025
İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
14:41 / 09-01-2025
İlqar Mustafayevin həbs müddəti uzadıldı
14:38 / 09-01-2025
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
14:37 / 09-01-2025
Ötən il Dövlət Xidmətinin 249 əməkdaşı
11:50 / 09-01-2025
"Şuşa"nın yerində bu universitet olacaq - FOTO
11:40 / 09-01-2025
Los-Ancelesdə meşə yanğınlarının arealı genişlənib, 100 min nəfərin təxliyəsinə göstəriş verilib - FOTO
11:37 / 09-01-2025
Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
11:37 / 09-01-2025
Cəbrayılda avtomobil aşıb, ölən və xəsarət alanlar var
10:48 / 09-01-2025
Həkim əməliyyatın ortasında ad günü qeyd etdi, yoxlama başladı - Video
10:47 / 09-01-2025
76 yaşlı kişi özünü pəncərədən atdı
08:09 / 09-01-2025
İlk xarici səfərini Türkiyəyə edəcək
23:32 / 08-01-2025
Ərdoğan İlham Əliyevə zəng etdi
19:35 / 08-01-2025
Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq
19:31 / 08-01-2025
Zaporojeyə hücum olub - Ölən və yaralananlar var
18:58 / 08-01-2025
Vəzifəli şəxsi qəzada öldü - Yenilənib-Foto
18:55 / 08-01-2025
Vilayət Eyvazov sıra baxışı keçirdi - Fotolar+Video
18:53 / 08-01-2025
Rusiya ilə sərhədi qorumaq üçün təlimlər keçirirlər
17:17 / 08-01-2025
Boşanma və aliment məsələləri ilə bağlı - Qaydalar dəyişdi
17:01 / 08-01-2025
Bakıda yeni tikiləcək 10 metro stansiyası bunlar ola bilər
17:00 / 08-01-2025
“Beer Muxtar”da saxta alkoqollu içkilər aşkarlandı - FOTO
16:57 / 08-01-2025
"Artıq veriliş olmayacaq" - VİDEO
16:52 / 08-01-2025
ABŞ nümayəndələri Kiyevə getdi
“Bundan sonra razılaşma əldə oluna bilər”
Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, bilirik ki, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Əvvəlki hadisələrin hamısını nəzərə alaraq, cənab Prezident, Siz sülh müqaviləsi haqqında nə düşünürsünüz? Onu nə vaxt gözləmək olar? Əgər olarsa, o, necə olacaq” sualını da cavablandırıb.
GununNebzi.az xəbər verir ki, dövlət başçısı cavabında deyib:
“Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, - əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, - həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək.
Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb.
Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-07-2023, 16:24 Oxunub: 8
Bölməyə aid digər xəbərlər
14-08-2021, 22:20
“Belə görünür ki, Ermənistan buna hazır deyil”
22-10-2020, 16:07
Əgər bizə hücum olunursa... - Prezidentdən Ermənistana SƏRT XƏBƏRDARLIQ
24-07-2023, 16:19
“Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib”
12-08-2022, 18:52
“Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq” - İlham Əliyev
20-05-2021, 21:50
İlham Əliyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”