23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov Çavuşoğluna zəng etdi

Ceyhun Bayramov Çavuşoğluna zəng etdiBu ilin 22 avqust tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğluna telefon zəngi edib.

GununNebzi.az XİN-ə istinadla xəbər verir ki, Nazir Ceyhun Bayramov Türkiyənin Qara Dənizdə zəngin qaz yatağını kəşf etməsi münasibətilə səmimi təbriklərini həmkarının diqqətinə çatdırıb.

Dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyənin bundan sonra mühüm enerji istehsalçısı kimi çıxış edəcəyi və beləliklə də, bölgədə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

Türkiyənin tarixindəki ən böyük təbii qaz kəşfinin Türkiyə dövlətinin və Türkiyə xalqının rifahı və tərəqqisinə xidmət edəcəyindən əminlik ifadə olunub.

Nazirlər iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.


Tarix: 22-08-2020, 23:13 Oxunub: 129


Bölməyə aid digər xəbərlər