23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq icazəsinin verildiyi hallara dəyişiklik edilib

Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq icazəsinin verildiyi hallara dəyişiklik edilibNazirlər Kabineti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Dəyişiklik “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” barəsindədir.

Dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırılır. Bu hallara əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil aldığı hallar da daxil edilir.


Tarix: 27-08-2020, 22:20 Oxunub: 151


Bölməyə aid digər xəbərlər