23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv olunub”

“Bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv olunub”
“Bəzi məntəqələrdə səslərin etibarsızlığı müəyyən edilib. Nəticələr protokollar nəzərə alınaraq hesab olunmalıdır”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

O bildirib ki, Seçki Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, aşağıdakı seçki məntəqələri üzrə nəticələr etibarsız hesab edilir və həmin seçki dairələri buraxılır.

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı məntəqəsi, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı seçki məntəqələri, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı seçki məntəqəsi, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı seçki məntəqəsi, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı seçki məntəqələri, 92 saylı Göyçay–Ağdaş seçki dairəsinin 6 saylı seçki məntəqəsi, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı məntəqəsi, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 və 115 saylı Şəki kənd seçki dairəsi üzrə 6 saylı seçki məntəqələrində qanun pozuntuları aşkar edildiyindən etibarsız hesab edilir və buraxılır.


Tarix: 11-02-2024, 17:03 Oxunub: 0


Bölməyə aid digər xəbərlər