15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
İlham Əliyev nəyə nail oldu? - Moskva görüşündən əvvəlki çıxışın hədəfləri

İlham Əliyev nəyə nail oldu? - Moskva görüşündən əvvəlki çıxışın hədəfləriÖtən gün Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri Sergey Lavrov, Ceyhun Bayramov və Mnatsakanyanın 11 saata yaxın davam edən müzakirəsindən sonra əldə edilən razılaşmanın sosial şəbəkələrdə birmənalı qarşılanmadığı görünür.

Şanlı Ordumuzun Xankəndiyə bayraq sancmadan ölkəmizin atəşkəsə razı olmasına etiraz edənləri anlayıram. Ancaq:

1. Bu vaxta qədər nazirlər arasında 11 saatlıq gərgin görüş və müzakirə olmayıb. Həm də nəzərə alın ki, müzakirə cəbhədə döyüşlərin davam etdiyi vaxtda gedirdi.

2. İlk dəfə olaraq Azərbaycan masaya qalib tərəf kimi oturmuşdu. Bundan öncə hər zaman danışıqlarda qalib ədası ilə Ermənistan tərəfi iştirak edib. Doğrudur, Aprel savaşından sonra bu “əda” bir qədər azalsa da, nəticə olmayıb.

3. İlk dəfə idi ki, görüşdən öncə Azərbaycan Prezidenti Ermənistan baş nazirini ən ağır sözlərlə təhqir etdi, ən ağır! Heç bir ləyaqətli ölkə və azacıq şərəfi olan ölkə başçısı bu cür ağır sözlərdən sonra danışıqlara başlamazdı. Əgər Ermənistan rəhbərliyi o təhqirlərin qarşısında danışıqlara getdisə, artıq atəşkəs və sülhün necə olacağını təsəvvür edə bilərsiniz.

4. Razılaşmanın “detalları” yoxdur. Açıqlanan “dörd maddəlik” razılığın ikinci bəndində deyilir ki, “atəşkəsin parametrləri əlavə olaraq razılaşdırılacaq”. Bu o deməkdir ki, sülh danışıqları prosesinin detalları da bəlli deyil.

Doğrudanmı bəlli deyil? Şübhə edirəm. Çünki ortada 11 saatlıq müzakirə var və o müzakirə elan olunan “4 maddəyə” qəti uyğun deyil.

Yəni ya danışıqlar alınmayıb və diplomatik çıxış yolu kimi, gözdən pərdə asmaq üçün bu “4 maddə” elan edilir, əslində döyüş davam edəcək, ya da Ermənistan konfedensiallıq xahiş edib.

5. Azərbaycan ilk dəfə olaraq “Dağlıq Qarabağ ətrafındakı 7 rayon” sözlərini leksikondan çıxardı. Artıq 6 rayondan söhbət gedə bilər. Əslində isə daha azdır – atəşkəs qüvvəyə minsə, yəqin ki, elan olunacaq.

İndisə keçək İlham Əliyevin ötən gün, Moskva danışıqları başlayarkən xalqa müraciətinə.

Prezident İlham Əliyev heç vaxt heç nəyi təsadüfən etmir. Dünən də efirə bir qəsəbə və 7 kəndin azad olunmasını elan etmək üçün çıxmamışdı – buna ehtiyac da yoxdur, çünki azad edilən yaşayış məntəqələri haqda tvit atır və xalq artıq 12 gündür onun sosial şəbəkə hesabını hər saniyə yeniləməklə məşğuldur.

Bəs niyə efirə çıxdı və xalqa müraciət etdi?

Bu, İlham Əliyevin Ermənistan rəhbərliyini çuqçvanqa salması idi: bundan sonra rəqibin istənilən gedişi onu daha acınacaqlı duruma soxacaqdı.

Yəni: əgər Ermənistan Moskva görüşündən ləyaqətini qorumaq üçün imtina etsəydi, müharibə davam edəcək və daha ağır zərbələr alacaqdı; əgər danışıqları davam etdirsəydi, demək, bütün ləyaqətini ayaqlar altına atmış durumda, çarəsiz olduğunu dünyaya nümayiş etdirmiş olacaqdı.

Danışıqları davam etdirdi – hazırda Paşinyanın və onun komandasının vəziyyətinə baxa bilərsiniz.

İlham Əliyev daha sonra dedi ki:

1. “Artıq təmas xətti” deyilən anlayış yoxdur, bitdi bu ifadə. Bunun nə demək olduğunun fərqindəsinizmi?

Yoxdur təmas xətti, istənilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün bərpası deməkdir.

2. İlham Əliyev status-kvonu darmadağın etdiyini bildirdi. Daha illərlə davam edəcək heç bir danışıqdan söhbət gedə bilməz.

3. İlham Əliyev konkret qrafik istəyir: Ermənistanın işğalçı ordusunun torpaqlarımızdan çıxma qrafikini.

4. Eyni gündə - ötən gün “Avronyus”a müsahibəsində Prezident dəqiq detalları açıqladı: Əvvəlcə Dağlıq Qarabağın cənubundakı 5 rayon, sonra Laçın və Kəlbəcər qayıdır, sonra isə azərbaycanlılar Şuşa şəhərinə və Şuşa rayonuna geri dönürlər.

Köhnə statistikaya görə, Şuşanın 30 min əhalisi vardı, indi bu rəqəmin 50 min olduğuna şübhə etmirəm. Dağlıq Qarabağın erməni əhalisi isə faktiki olaraq 60 mindən daha azdır – o da 27 sentyabrdan qabaq. İndi bilmək olmaz orda nə qədər adam qalıb.

5. İlham Əliyev açıq şəkildə dedi: erməni əhali bizim vətəndaşlarımızdır, Azərbaycan vətəndaşının bütün hüquqlarından istifadə edəcək. Ancaq “Dağlıq Qarabağa ən yüksək status” sözünü dilinə gətirmədi. Və İlham Əliyevin “status-kvo”nu, “təmas xətti”ni leksikondan çıxardığı kimi, bu “ən yüksək” sözünü də müzakirələrdən çıxarmaq üçün nə mümkünsə, onu da edəcəyinə şübhə ola bilməz və s.

İlham Əliyev nəyə nail oldu?

1. İlham Əliyev sübut etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycandan ayrılmayacaq, bu xalq, bu millət bir 30 il də keçsə, yenə də sevə-sevə bu torpaq uğrunda öləcək və onu geri qaytaracaq.

İlham Əliyev sübut etdi ki, Dağlıq Qarabağ Azərbaycandır.

2. “Azərbaycanlılar öz torpaqları üçün vuruşmağı bacarmayan xalqdır”. Yadınızdadırmı Ermənistan rəhbərlərinin Azərbaycan xalqı haqda bu təhqirləri?

İlham Əliyev bu böhtanı darmadağın etdi.

3. Qondarma qurumda gedən prosesləri - “paytaxt”, “parlament köçürülməsi” və s. – birdəfəlik tarixə gömdü.

İlham Əliyev xalqa müraciətində həm də çox ciddi mesaj verdi. Bu mesajı bir neçə ay öncə də çıxışlarında demişdi: “Biz nəyi, nə vaxt və necə elədiyimizi dəqiq bilirik”.

Prezidentin dünənki çıxışına bir də qulaq asın: Xalqın ona inamını bir daha vurğulamaqla İlham Əliyev xalqa növbəti mesaj verdi - ən maksimal nəticəni əldə edəcəyəm!

Yalnız işarə verdi, yalnız “hansı zamanda, nəyi necə etmək lazım olduğunu bildiyini” xalqa bir daha eşitdirdi – necə ki, 27 sentyabr zamanlaması dəqiq idi.

Prezident İlham Əliyev diplomatik sahədə hansı üstünlüklər qazanacaq?

Bu heç müzakirə predmeti deyil: məgər biz Azərbaycan Prezidentinin illərdir beynəlxalq tribunalardan necə istifadə etdiyini, qarşı tərəfi hansı vəziyyətə saldığını bilmirikmi?

Unutmayın: Tarixi İlham Əliyev yazır – özü çox yaxşı bilir nələr edir.

Bizə yalnız ona sonsuz inamımızı ifadə etmək qalır.

Eyni ruhla, eyhi əzmlə, eyni birliklə...
(publika.az)


Tarix: 10-10-2020, 23:19 Oxunub: 137


Bölməyə aid digər xəbərlər