23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Hacıyev: Azərbaycan qorxaq, şərəfsiz bir tərəflə üz-üzədir

Hikmət Hacıyev: Azərbaycan qorxaq, şərəfsiz bir tərəflə üz-üzədir“Humanitar atəşkəs ilə əlaqədar müəyyən bəyannamə imzalanmışdı. Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi. Bu hadisədən dərhal sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə bu hücumu, terror aktını həyata keçirdi”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Vasitəçilik prinsipini həyata keçirən tərəflər, ATƏT-in Minsk qrupunun həmsədrləri özü buna qiymət verməlidir. Bütün beynəlxalq ictimaiyyət özü buna qiymət verməlidir. Özləri görməlidirlər ki, Azərbaycan necə qorxaq, şərəfsiz və alçaq bir tərəflə üz-üzədir.

Azərbaycan bunu daha əvvəl Xocalı hadisəsində də görmüşdü. Vətəndaşlarımıza qarşı törədilən etnik təmizləmə də görmüşdü. Sadəcə, bu gün bir fərq var. Bu gün güclü Azərbaycan dövləti var, güclü Azərbaycan ordusu var”, - deyə, o bildirib.


Tarix: 11-10-2020, 16:34 Oxunub: 138


Bölməyə aid digər xəbərlər