23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Hacıyev: Azərbaycana qarşı təcavüz davam etməkdədir

Hikmət Hacıyev: Azərbaycana qarşı təcavüz davam etməkdədir"Ermənistanın hərbi siyası rəhbərliyinin Azərbaycana qarşı təcavüzü davam etməkdədir. Ermənistan silahlı qüvvələri tərəfindən bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə, Füzuli rayonunun Horadiz şəhərinə, Beyləqan və Tərtər şəhərlərinə və digər yaşayış məntəqələrinə ağır artilleriyadan və hədəflənmiş şəkildə raket texnologiyasından istifadə etməklə zərbələr edilmişdir".

GununNebzi.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında yaralananlar və həlak olanlar barəsində məlumat var: "Ermənistanın mülki obyektləri hədəf almaqda məqsədi onlar tərəfindən düşünülmüş strategiyanın tərkib hissəsidir. Ermənistan silahlı süvvələrinin döyüş hazırlığında mülki insanların və obyektlərin hədəfə alınması qəbul edilmiş bir praktikadır ki, uzun müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən bu praktika tətbiq edilir".


Tarix: 4-10-2020, 14:14 Oxunub: 136


Bölməyə aid digər xəbərlər