18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Əli Əsədov erməni təxribatları ilə bağlı gürcüstanlı həmkarına məktub ünvanladı

Əli Əsədov erməni təxribatları ilə bağlı gürcüstanlı həmkarına məktub ünvanladıAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Məktubda Gürcüstanın Baş naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı məlumatlandırılıb.

Xüsusi vurğulanıb ki, humanitar atəşkəsə dair razılıq əldə edildikdən bir gün sonra Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını SCUD raket sistemindən atəşə tutması nəticəsində beşi qadın olmaqla, 10 nəfər həlak olub, 10-u qadın, doqquzu uşaq olmaqla 34 nəfər yaralanıb.

Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirmək cəhdinə Gürcüstan Xarici İşlər Nazirliyinin dərhal münasibət bildirməsinin təqdirəlayiq olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, iki ölkənin üzləşdiyi münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında, habelə beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarına uyğun olaraq həll olunması məsələsində bir-biri ilə həmrəylik göstərir.


Tarix: 15-10-2020, 13:06 Oxunub: 136


Bölməyə aid digər xəbərlər