21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Baş prokuror: “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq”

Baş prokuror: “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq”"Biz onu müşahidə edirik ki, cəbhə bölgəsində, döyüş bölgəsində Ermənistan ordusu məğlubiyyətə uğradıqca, çarəsizlikdən dinc əhaliyə qarşı hücumlarını şiddətləndirirlər, intensivliyi artırırlar. Bu da onların acizliyindən xəbər verir. Amma hesab edirəm ki, bu dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyi ağlını itirib. Bu. bəşəriyyət, insanlıq əleyhinə ciddi cinayətdir. Bunun həm hüquqi, həm də siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq".

GununNebzi.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

"Cənab Prezident tərəfindən həm siyasi, həm də hərbi sahədə buna adekvat cavab verəcək. Çünki bu, artıq Ermənistan rəhbərliyi üçün aqoniyadır. Onlar aqoniyaya başladıqca, öz sonlarının başladığını hiss etdikcə, bu kimi addımlara əl atırlar. Ağılsız addımdır. Bu, Azərbaycanın dinc əhalisi arasında panika yaratmaq məqsədi daşıyır. Amma alınan deyil. Oktyabnrın 11-dəki hadisə zamanı da bura gəlmişdim. Onda da şahidi oldum. Gəncə əhalisi qoçaq, mərd camaatdır. Onları qorxutmaq mümkün deyil. Hesab edirəm ki, bu da növbəti mərhələdir. Xalqımız bunu da ləyaqətlə yaşayacaq, keçəcək. Ümid edirəm ki, indi olduğu kimi, Qarabağda, döyüş bölgəsində qələbə axıradək bizimlə olacaq", - Baş prokuror bildirib.


Tarix: 17-10-2020, 10:04 Oxunub: 134


Bölməyə aid digər xəbərlər