“Azərbaycan BMT-yə üzv dövlətləri öz ərazilərində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşdirilməsi üçün istifadəsinə qarşı çıxmağa çağırır”.
GununNebzi.az-ın xəbərinə görə, Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi həmçinin, erməni diasporunun qeyri-kommersiya və xeyriyyə qurumları adı altında hərbi qüvvələrinə vəsait topladığını qeyd edib.
H.Hacıyev öz paylaşımında bu fəaliyyətlə məşğul olan təşkilatların adlarını yazıb.
Armenian diaspora, under guise of non-profit and charity entities, raising funds for its military:"We are our borders –All for Artsakh”, Armenia Fund,AGBU, Armenian Canadian Medical Association of Ontario, Fund for Armenian Relief, Tufenkian Foundation, Armenian Relief Society https://t.co/UIZUE2HusH
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 6, 2020
Bölməyə aid digər xəbərlər