Hərbi əməiyyatların gedişi zamanı da məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edir.
GununNebzi.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Beynəlxalq media mənsublarının işğaldan azad edilmiş Füzuli rayonuna səfəri zamanı açıqlama verən H.Hacıyev belə halın ilk dəfə olmadığını da vurğulayıb:
“Hətta təkcə bu döyüşlərdə deyil, bundan əvvəlki hərbi əməliyyatlarda – 2016-cı ilin “Aprel döyüşləri”ndə də fosfor bombalarından geniş istifadə olunub.
Burada əsas hədəf yaşayış obyektləri, mülki əhali və silahlı qüvvələrimiz olub. Məsələ ilə bağlı informasiyalar toplanır, kimyəvi silahların qadağan olunması ilə bağlı təşkilata və digər benəlxalq təşkilatlara məlumat veriləcək”.
Bölməyə aid digər xəbərlər