23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMA

Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMAErmənistanın Gəncəni atəşə tutması Beynəlxalq ictimaiyyətə və Rusiya Ferasiyasına hörmətsizlikdir.

GununNebzi.az xəbər verir ki, bunu hazırda Gəncədə olan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev Gəncədə dağıntılar baş verən yerə baxış keçirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.


Tarix: 11-10-2020, 13:47 Oxunub: 120


Bölməyə aid digər xəbərlər