23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Ermənilər Kürdlər kəndində qəbiristanlığı dağıdıb, yerində taxıl əkiblər - VİDEO

Ermənilər Kürdlər kəndində qəbiristanlığı dağıdıb, yerində taxıl əkiblər - VİDEOAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.

GununNebzi.az xəbər verir ki, diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib.

H. Hacıyev bildirib ki, bu, yenə də Ermənistanın vandalizminin bir əlamətidir.


Tarix: 22-11-2020, 14:39 Oxunub: 175


Bölməyə aid digər xəbərlər