23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əlilliyi olan şəxslərə şad xəbər: Bu vasitələr evlərinə aparılacaq

Əlilliyi olan şəxslərə şad xəbər: Bu vasitələr evlərinə aparılacaqAzərbaycanda elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək.

GUNUNNEBZİ.AZ xəbır verir ki. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.


Bildirilib ki, əlilliyi olan şəxslər reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s.) ilə təmin olunmaq üçün 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq, müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri beş gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq.


Tarix: 30-03-2020, 13:25 Oxunub: 86


Bölməyə aid digər xəbərlər