gununnebzi.az Qusar Rayon Polis Şöbəsi tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı, vaxtaşırı evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də, aztəminatlı və çoxuşaqlı ailələrə mütəmadi olaraq yardım tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 70 ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər.
Rayon sakinləri Azərbaycan polisinin onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Bölməyə aid digər xəbərlər