23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
​Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı

​Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.
Aprelin 20-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə553 818 nəfərə, bu gün, aprelin 21-də isəpaytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 162 682 nəfərə müavinət, təqaüd və kompensasiya ödənilib.
Beləliklə, 716 500 nəfərə qeyd edilən sosial təminat növləri üzrə ödənişlər edilib.

Xatırladaq ki, aprel ayının bütün pensiya ödənişləri də bu ayın 8-15-də həyata keçirilib.

gununnebzi.az


Tarix: 21-04-2020, 17:45 Oxunub: 102


Bölməyə aid digər xəbərlər