23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Başqa xəstəlikdən ölənlərin yaxınlarına pul verilib, koronavirus kimi təqdim olunur? - RƏSMİ AÇIQLAMA

Başqa xəstəlikdən ölənlərin yaxınlarına pul verilib, koronavirus kimi təqdim olunur? - RƏSMİ AÇIQLAMABir müddətdir ki, sosial şəbəkələrdə digər xəstəlikdən ölən şəxslərin koronavirus kimi təqdim edilməsi ilə bağlı məlumatlar yayılıb. Hətta bu məlumatlarda xəstənin yaxınlarına pul da təklif olunduğu iddia edilib.

gununnebzi.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın ötən gün keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu məsələ barədə açıqlama verib.
Jurnalistin sözügedən məsələ ilə bağlı sualını cavablandıran TƏBİB bu məlumatların tamamilə yanlış olduğunu bildirib.

"Belə mənbələrə qətiyyən inanmayın. Bu cür əsassız məlumatlara kimsə güvənməsin. Operativ qərargahın məlumatlarını əsas mənbə kimi qəbul edin. Tam tərsinə, o cür məlumat yayanlarla da mübarizə aparmaq lazımdır".


Tarix: 25-04-2020, 10:55 Oxunub: 93


Bölməyə aid digər xəbərlər