23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ağac kəsən Şirvan sakini cəzalandırıldı

Ağac kəsən Şirvan sakini cəzalandırıldıEkologiya və Təbii Sərvətlər Nazirliyinə Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

gununnebzi.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlif cinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1 120 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı N.Mənsimov barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şirvan şəhər Prokurorluğuna göndərilib.


Tarix: 25-04-2020, 10:58 Oxunub: 79


Bölməyə aid digər xəbərlər