21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Pomidor turşusundan zəhərlənən ata öldü - Qızının vəziyyəti ağırdır

Pomidor turşusundan zəhərlənən ata öldü - Qızının vəziyyəti ağırdır

Füzulidə iki nəfər pomidor turşusundan zəhərlənib, onlardan biri həyatını itirib.

GununNebzi.az
[justify][/justify] xəbər verir ki, ötən gün “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub.

Pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub.

Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır.

Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər.

"Qafqazinfo"

Tarix: 15-11-2021, 12:28 Oxunub: 157


Bölməyə aid digər xəbərlər